Qaltye müsəlmanlar əleyhinə fikirlərdə ittiham olunur
12.04.2023 - 23:42
Qaltye müsəlmanlar əleyhinə fikirlərdə ittiham olunur

PSJ-nin baş məşqçisi Kristof Qaltye irqçilikdə ittiham olunur.

Apasport.az xəbər verir ki, fransalı mütəxəssis “Nitsa”da işlədiyi müddətdə idman direktoruna komandada “bu qədər qaradərili və müsəlman ola bilməz” dediyi aşkara çıxıb. Hazırda ölüm təhdidləri səbəbindən Qaltye və ailəsi mühafizə altındadır.

Lakin Qaltyenin baş məşqçi kimi ilk klubu olan “Sent-Etyen”in rəhbər şəxslərindən biri olan Roland Romeyer onu müdafiə edib: “Bağışlayın? Qaltye irqçidir? Bu nə cəfəngiyyatdır?" O, qeyd edib ki, 8 il işlədikləri müddətdə Kristofdan bir dənə də olsun irqçi ifadə eşitməyib.

Onun sözlərinə görə, məşqçi Ramazan ayının xüsusilə isti günlərində futbolçuların səhhətində problem olmamasına diqqət yetirib, oruc tutmağa icazə verib.

Romeyer onu da bildirib ki, transferlər müzakirə edilərkən din məsələsi heç vaxt gündəmə gətirilməyib, o yalnız Afrika Kuboku səbəbiylə potensial oyunçu itkisindən narahat olub.

Ramazan ayında "Lill"də işləyərkən oruc tutan futbolçular üçün həkim qrupunun olmasını təmin edib. Eyni zamanda, Qaltye komandada eyni millətdən olan oyunçuların çox olmamasına – qruplaşmanın qarşısını almağa çalışsa da, eyni zamanda heç bir irqçiliyə yol verməyib.

"Le Parisien"ə verilən məlumata görə, Kristof Qaltye bəzən müsəlmanlara namaza gedə bilmələri üçün cümə günü video müzakirələrini erkən tərk etməyə icazə verib.

writer photo
Əlirza Əlirzalı
0