“Barselona” onu icarəyə verdi
13.07.2022 - 23:37
“Barselona” onu icarəyə verdi

“Lids”dən Rafinyanı transfer edən “Barselona” əvəzində bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu Fransisko Trinkaonu növbəti dəfə icarəyə verib.

Portuqaliya millisinin üzvü qarşıdakı mövsümü ölkəsində “Sportinq”in heyətində keçirəcək. Çünki “Barsa” 22 yaşlı cinah oyunçusunu birillik lissabonlulara icarəyə verib. “Sportinq” mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququna da malikdir. 
Qeyd edək ki, Fransisko Trinkao ötən mövsümü icarə əsasında “Vulverhempton”da keçirib.

writer photo
Əlirza Əlirzalı
0