“Barselona”nı çətinə salan tələb
10.06.2022 - 00:34
“Barselona”nı çətinə salan tələb

“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanın transfer məbləğini ödəməkdə çətinlik çəkir.

Apasport.az saytının məlumatına görə, bu səbəbdən kataloniyalılar transfer hədəfini dəyişməyi düşünür.

İngiltərə klubu portuqaliyalı oyunçusunun keçidindən 100 milyon avro tələb etdiyindən, ispanlar buna isti yanaşmırlar. Bu transfer yalnız bir halda gerçəkləşə bilər. O da “Barselona” yarımmüdafiəçisi Frenki de Yonqu “Mançester Yunayted”ə 80 milyon avroya sata bilsə.

Qeyd edək ki, Bernardo Silva ötən mövsüm 50 oyunda 13 qol vurub, 7 məhsuldar ötürmə verib.
 

writer photo
Əlirza Əlirzalı
0