“Barselona” seçim qarşısında
28.10.2023 - 10:52
“Barselona” seçim qarşısında

“Barselona” ağır maliyyə durumunu yaxşılaşdırmaq üçün aparıcı futbolçularını satmaq məcburiyyətində qalıb.

Apasport.az xəbər verir ki, İspaniya nəhəngi Qavi və Pedirdən biri ilə vidalaşmağa qərar verib.

Klub rəhbərliyi yarımmüdafiəçilər arasında seçim etməlidir. İstedadlı oyunçulardan birinin satışı maliyyə böhranını nisbətən düzəltməlidir.

Qeyd edək ki, Qavi “Çelsi”nin, Pedri “Mançester Yunayted”in transfer siyahısında yer alıb.

writer photo
Əlirza Əlirzalı
0