"Kəpəz" yerli futbolçu ilə müqavilə yeniləyib
12.07.2024 - 10:45
"Kəpəz" yerli futbolçu ilə müqavilə yeniləyib

“Kəpəz” müdafiəçisi ilə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, Qərb təmsilçisi ötən mövsümdən komandada çıxış edən Ehtiram Şahverdiyevlə müqaviləni yeniləyib.

Razılaşmanın müddəti 1+1 illikdir.

Qeyd edək ki, Ehtiram Şahverdiyev “Kəpəz”ə “Turan Tovuz”dan azad agent qismində keçmişdi.

writer photo
Əlirza Əlirzalı
0