“Aston Villa” 60 milyon avroya ispan qolkiper ala bilər
15.03.2024 - 14:58
İspaniya millisinin və "Atletik Bilbao"nun qapıçısı Unay Saymon yay "transfer pəncərəsi"ndə komandasını dəyişə bilər.
Apasport.az bildirir ki, "Aston Villa" Saymonla maraqlanır. Birminqem təmsilçisi son bir neçə ay ərzində basklarla danışıqlar aparırdı.
Potensial transfer məbləği təxminən 60 milyon avro ola bilər.
Qeyd edək ki, 26 yaşlı qolkiper 2018-ci ilin yayından "Atletik"də çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyun ayının sonunda başa çatacaq.
- "Şamaxı" klubu portuqaliyalı qapıçı transfer edib
- Adil Şükürov: "Bizlə maraqlanan şirkətdən konkret addım yoxdur" - Müsahibə
- Şahmatçılarımız günü məğlubiyyətsiz başa vurublar
- Azərbaycan gimnastlarından qızıl medal - FOTO
- Kaxaber Tsxadadze: "Klubun bu vəziyyətdə olması həm bizi, həm də sizi məyus edir"
0
0