"Kəpəz"dən yeni transfer
30.07.2024 - 20:14
"Kəpəz"dən yeni transfer

"Kəpəz" daha bir futbolçunun transferini reallaşdırıb.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Viktor Braqa heyətə cəlb olunub.

Braziliyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb. Viktor cinah yarımmüdafiəçisi mövqeyində oynayır. 23 yaşlı oyunçunun son klubu vətənində D Seriyasından "Aqiya di Maraba" olub.

Qeyd edək ki, "Kəpəz" bu yay Elmir Tağıyev,  Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov, Lassana Ndiaye və İlkin Qırtımovu da transfer edib.

writer photo
Əlirza Əlirzalı
0