"Kəpəz"in daha bir legioneri yol üstə
06.01.2023 - 14:08
"Kəpəz"in daha bir legioneri yol üstə

"Kəpəz" daha bir legioner ilə yollarını ayıra bilər. 

Apasport.az saytının əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi iranlı Peyman Keşavarzidən sonra gürcüstanlı Mixeil Erqemlidzeni də komandada saxlamaq niyyətində deyil. 

Yayda "Sabah"dan "Kəpəz"ə keçən futbolçu ilə bağlı yekun qərar bu günlərdə dəqiqləşəcək. 

Qeyd edək ki, Erqemlidze bu mövsüm Gəncə klubunda 14 oyunda meydana çıxıb və 2 qol vurub. 
 

writer photo
Əlirza Əlirzalı
0