Luis Suares 16 ildən sonra başladığı yerə qayıdır
22.07.2022 - 11:07
Luis Suares 16 ildən sonra başladığı yerə qayıdır

Uruqvay millisinin hücumçusu Luis Suares yeni klubunu böyük ölçüdə müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı forvard karyerasını ölkəsi Uruqvayda davam etdirməyə hazırlaşır.

Yay fasiləsində “Atletiko”dan ayrılan və hazırda azad agent statusu daşıyan ulduz futbolçu bir neçə təklifi olmasına baxmayaraq, ilk klubu “Nasional”a dönməyi üstün tutur. Hazırda yetirməsi olduğu klubla danışıq aparan futbolçunun 16 ildən sonra yenidən bu komandanın formasını geyinməsi gözlənilir.

Qeyd edək ki, Luis Suares 2005-2006-cı illərdə “Nasional”ın əsas komandasında çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0