Kerjakov “Səbail”dən danışdı: “Hələlik şərh yoxdur”
01.12.2022 - 14:06
Kerjakov “Səbail”dən danışdı: “Hələlik şərh yoxdur”

Rusiyanın “Nijni Novqorod” klubunun sabiq baş məşqçisi Aleksandr Kerjakov karyerasını Azərbaycanda davam etdirəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, futbol veteranı “Səbail”in sükanı arxasına keçəcəyi barədə deyilənlərə şərh verib.

O, “sport-ekspress”ə açıqlamasında konkret cavabdan yayınıb: “Səbail”ə rəhbərlik edə bilərəmmi? Hələlik şərh yoxdur. Nə vaxt nə isə baş versə, siz dərhal biləcəksiz”.

Qeyd edək ki, ötən mövsüm “Nijni Novqorod”u çalışdıran 39 yaşlı mütəxəssisin komandası 11-ci yeri tutub. Mahmud Qurbanovun çalışdırdığı “Səbail” isə 15 turdan sonra 10 xalla 8-cidir.
 

writer photo
Əlirza Əlirzalı
0