Dani Alvisin təcavüz etdiyi qız danışdı
20.01.2023 - 23:48
Dani Alvisin təcavüz etdiyi qız danışdı

İspaniya mətbuatı "Barselona"nın keçmiş futbolçusu Dani Alvisi zorlamada ittiham edən qadının ifadəsini dərc edib.

Apasport.az xəbər verir ki, qız polisə dekabrın 30-na keçən gecə Barselonada məşhur gecə klubunun tualetində ona təcavüz edildiyini bildirib.

İddiaya görə, 39 yaşlı Dani Alvis onun əlindən bərk-bərk tutub penisinə gətirib. Qızın imtina etməsinə baxmayaraq, braziliyalı futbolçu bunu bir neçə dəfə təkrarlayıb. Bundan sonra Alvis qapını göstərərək ona arxasınca gəlməyə çağırıb.

Qeyd edək ki, "Barselona"nın sabiq futbolçusu məhkəmə zalında ifadə verdikdən sonra həbs olunub. 

writer photo
Əlirza Əlirzalı
0