Kirill Dudnik: “Azərbaycanın oyununda qol sayına mərc etmək olar”
16.11.2022 - 11:29
Kirill Dudnik: “Azərbaycanın oyununda qol sayına mərc etmək olar”

Azərbaycan millisi bu gün yoldaşlıq görüşü keçirəcək.

Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri Kişinyovda Moldovanın qonağı olacaq.

Futbol eksperti Kirill Dudnik qarşılaşma ilə bağlı öz fikirlərini bildirib. Rusiyalı mütəxəssis sönük mübarizə keçəcəyini düşünür:

Hər iki komanda Millətlər Liqasında eyni situasiya ilə üzləşdi. Turnirə uğursuz startın ardından ardıcıl 3 qələbə qazansalar da, bu, qrup birinciliyi üçün kifayət etmədi. Kişinyovdakı matçda hansının bu seriyanı davam etdirəcəyini təxmin etmək asan deyil.

Səfərdə oynamasına baxmayaraq, Azərbaycan buna daha yaxın görünür. Ancaq qol sayına mərc etmək olar. Çünki indiyə qədər bu komandaların duelləri bol qollu alınmayıb. Bunu nəzərə alaraq, qarşılaşmanın ALT gələcəyini güman edə bilərik.

Pronqozum: ALT
 

writer photo
Əlirza Əlirzalı
0