Transfer sayında rekord - 4387 keçid
09.02.2023 - 17:46
Transfer sayında rekord - 4387 keçid

FİFA qış transfer pəncərəsi ilə bağlı hesabatı açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 2023-cü ilin əvvəlində 4387 beynəlxalq transfer rəsmiləşib.

Bu, 2010-cu ildən başlayan sistemləşdirmə dövrünün mütləq rekordudur. Bu keçidlərə 1,57 milyard dollar xərclənib.

Bu göstəricidə də 2018-ci ildəki rekord yenilənib. İndiki xərclər 5 il əvvəlkindən təxminən 230 milyon dollar artıqdır.

İngiltərə 898,6 milyon xərclə hamını qabaqlayır. Fransa 131,9 milyonla ikincidir.
 

writer photo
Əlirza Əlirzalı
0