Klub prezidenti “Qarabağ”ı Belçikada tək qoymayacaq
20.02.2023 - 14:14
Klub prezidenti “Qarabağ”ı Belçikada tək qoymayacaq

Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Gent”lə qarşılaşacaq “Qarabağ”ın səfər proqramı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu fevralın 21-də Belçikaya yollanacaq. 

Qurban Qurbanovun baş məşqçisi olduğu komandanı Gentə aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək. Bu vacib qarşılaşmada klubun prezidenti Tahir Gözel də komandanın yanında olacaq.

Fevralın 22-də Bakı vaxtı ilə saat 21:30-da isə Qurbanovun mətbuat konfransı başlayacaq. “Qarabağ” bundan yarım saat sonra matçın keçiriləcəyi "Gent" stadionunda ilk 15 dəqiqəsi media üçün açıq məşqinə çıxacaq.

Qeyd edək ki, “Gent” – “Qarabağ” oyunu fevralın 23-dən 24-nə keçən gecə Bakı vaxtı ilə 00:00-da start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0