Ərəb Çempion Klublar kubokunun final matçı keçirilib.
Apasport.az saytı xəbər verir ki, həlledici oyunda iki Səudiyyə Ərəbistanı klubu qarşılaşıb.
Kristiano Ronaldo, Saido Mane, Marko Brozoviç, Aleks Telles kimi futbolçuların çıxş etdiyi “Əl-Nəsr” Ruben Neveş, Sergey Milinkoviç-Saviç, Malkom, Kulibalı kimi oyunçuların yer aldığı “Əl-Hilal”a qalib gəlib. Hesabı Malkomun sayəsində “Əl-Hilal” açsa da, rəqib komanda bərabərlik qolunu vura bilib. 10 nəfərlə qalan “Əl-Nəsr”in heyətində Ronaldo fərqlənib. Təyin olunmuş əlavə vaxtda portuqaliyalı ulduz qələbə topunun da müəllifi olub.
Qeyd edək ki, Kriştiano “Əl-Nəsr”də ilk titulunu qazanıb.
Ərəb Çempion Klublar kuboku
Final
12 avqust
“Əl-Hilal” – “Əl-Nəsr” – 1:2, əlavə vaxtda
Qollar: Mikael, 51 – Ronaldo, 74; 98