Krakov-2023: Yığmamız sonuncu oldu
24.06.2023 - 13:57
Krakov-2023: Yığmamız sonuncu oldu

Krakov-2023 III Avropa Oyunlarında atıcılıq yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, qadınların tapançadan 10 m məsafədən atəş açmada komanda yarışları başlayıb.

Nigar Nəsirova, Nərminə Səmədova və Nəzrin Abbaslıdan ibarət yığmamız təsnifat mərhələsinin 1-ci qrupunda mübarizə aparıb. Onlar 826 xal toplayıb. Snayperlərimiz 9 komanda arasında sonuncu olub.

Qeyd edək ki, final mərhələsinə ilk 8 yerin sahibləri yüksəldiyi üçün yığmamız yarışla vidalaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0