Semakın rekordu
22.07.2023 - 20:57
Semakın rekordu

Sergey Semak “Zenit”in tarixinə düşüb.

Apasport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis qələbə sayına görə, birinci yerə yüksəlib.

Sankt-Peterburq klubu Semakın rəhbərliyi ilə 210 oyunda 126 qələbə qazanıb. Bu, “Pari Nijniy Novqorod”la (2:0) oyuna təsadüf edib. O, bu nəticə ilə 125 uğuru olan Pavel Sadırini geridə qoyub. “Zenit”ə başçılıq edən məşqçilərdən Yuri Morozovun hesabında 121, Luçano Spallettinin isə 105 qələbə var. 

Qeyd edək ki, Semak 2018-ci ildən “Zenit”ə rəhbərlik edir. Komanda onun başçılığı ilə 5 dəfə Rusiya çempionu olub.
 

writer photo
Əlirza Əlirzalı
0