Belçika İsveçlə oyunun nəticəsi ilə razılaşır
18.10.2023 - 00:11
Belçika İsveçlə oyunun nəticəsi ilə razılaşır

Belçika yığması İsveçlə yarımçıq dayandırılmış oyunun davam etdirilməsini tələb etməyəcək.

Apasport.az saytı xəbər verir ki, bu barədə ölkə futbol federasiyasının baş katibi Manu Leroy məlumat verib.

O, UEFA və İsveç Futbol Federasiyasının nümayəndələri ilə məsələni müzakirə etdiklərini bildirib: “Çətin vəziyyətdə İsveçə hörmətlə yanaşırıq. İsveç, Avstriya və UEFA ilə bu məsələni müzakirə edirik. İdman prinspiləri tərəfindən yanaşsaq, 1:1 hesabı bizi qane etmir. Amma belə vəziyyətdə öz xeyrimizə qərar verilməsini tələb edə bilmərik. Bu, etik qaydalara sığmaz”.

Qeyd edək ki, oktyabrın 16-da AVRO-2024-ün seçmə mərhələsində Belçika – İsveç (1:1) matçı qonaq komandanın iki azarkeşinini güllələnməsi səbəbindən fasilədən sonra yarımçıq dayandırılıb.
 

writer photo
Əlirza Əlirzalı
0