Klubların UEFA reytinqi açıqlanıb.
Apasport.az xəbər verir ki, avrokubokların II təsnifat mərhələsindən sonra siyahıda bəzi dəyişikliklər olub.
Azərbaycanın ən yaxşı təmsilçisi "Qarabağ"dır. 31,500 xala malik Qurban Qurbanovun yetirmələri 54-56-cı yerləri bölüşür. "Yanq Boyz"la "Ferensvaroş"un da eyni xalı var.
"Neftçi" 8,000 xalla 162-ci yerin şərikləri arasındadır. "Sabah"la "Sumqayıt" 4,000 xalla 294-cü yeri bölüşən klublar sırasında yer alıb.
"Zirə", "Qəbələ" və "Şamaxı"nın 3,675 xalı var. Təmsilçilərimiz 314-cü yerə şərikdir.
Qeyd edək ki, siyahıya 129,000 xala malik "Mançester Siti" başçılıq edir.