Konfrans Liqası: "Zirə"nin rəqibi bəlli olub
02.08.2024 - 10:54
Konfrans Liqası: "Zirə"nin rəqibi bəlli olub

UEFA Konfrans Liqasında mübarizə aparan “Zirə”nin növbəti rəqibi bəlli olub.

Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi 3-cü təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” komandası ilə üz-üzə gələcək.

İlk matç avqustun 8-i səfərdə, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək.

Qeyd edək ki, “Osiyek” 2-ci təsnifat mərhələsində Estoniyanın “Levadia” klubunu mübarizədən kənarlaşdırıb. Xorvatlar iki oyunun nəticəsinə əsasən, 6:1 hesablı qələbəyə sevinib.

writer photo
Əlirza Əlirzalı
0