“Vilyarreal” futbolçusunu “Everton”a verir
20.07.2023 - 16:12
“Vilyarreal”ın futbolçusu Arno Danjuma karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, niderlandlı vinger “Everton”a icarəyə veriləcək.
26 yaşlı futbolçu tibbi müayinədən sonra yeni komandasına qoşulacaq. Premyer Liqa klubu onun icarəsi üçün 3,5 milyon funt sterlinq ödəyəcək.
Qeyd edək ki, Danjuma 2021-ci ildən “Vilyarreal”da forma geyinir. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
0
0