Taekvondo üzrə Azərbaycan yığması Krakov-2023 III Avropa Oyunlarında çıxışını davam etdirir.
Apasport.az saytının məlumatına görə, bu gün komandamızın daha bir üzvü dayanq üzərinə çıxıb.
Yığmanın əsas medal ümidlərindən olan Cavad Ağayev (68 kq) çəkidə mübarizəyə start verib. O, 1/8 finalda yunanıstanlı Konstantinos Çamalidislə üz-üzə gəlib. Gərgin keçən döyüşün taleyi 3 raundda həll olunub. 1:2 (7:8, 5:4, 3:6) hesabı ilə uduzan Cavad çempionluq şansını itirib. Ellada təmsilçisi növbəti mərhələdə ispaniyalı Xavyer Peres Poloya 0:2 hesabı ilə uduzduğu üçün taekvondoçumuz təsəlliverici döyüşdən də kənar qalaraq yarışı mükafatsız başa vurub.
Qeyd edək ki, taekvondo yarışlarının ilk günündə yığmamız 2 medal qazanıb. Səyyad Dadaşov (54 kq) gümüş, Qasım Maqomedov (58 kq) bürünc medal əldə edib.