Krakov-2023: Atletimiz 7-ci oldu
22.06.2023 - 13:45
Krakov-2023: Atletimiz 7-ci oldu

Krakov-2023 III Avropa Oyunları çərçivəsində keçirilən atletika üzrə komandalararası qitə çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, III divizionda çıxış edən Azərbaycan yığmasının daha bir üzvü mübarizə aparıb.

Kişilərin nüvə itələmə yarışında İsmayıl Əliyev çıxış edib. O, “mərmi”ni 15,84 m məafəyə atıb. İdmançımız divizionda 7-ci yeri tutub.

Qeyd edək ki, III divizionda yarışlara bu gün yekun vurulacaq.
 

writer photo
Əlirza Əlirzalı
0