Krakov-2023: Aydan 19-cu, Ülviyyə 27-ci oldu
29.06.2023 - 15:43
Krakov-2023: Aydan 19-cu, Ülviyyə 27-ci oldu

Krakov-2023 III Avropa Oyunlarında atıcılıq yarışları davam edir

Apasport.az saytının məlumatına görə, bu gün qadınların trapda mübarizəsi start götürüb.

Təsnifat mərhələsinin ilk günündə Azərbaycan təmsilçiləri də çıxış edib. Ülviyyə Eyvazova və Aydan Camalova stenddə dəqiqliyini yoxlayıb.

68 xal toplayan Aydan 19-cu yeri tutub. Ülviyyə isə 64 xalla 27-ci olub.

Qeyd edək ki, təsnifat mərhələsinə sabah yekun vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0