Krakov-2023: Aydanla Ülviyyə finaldan kənar qaldı
30.06.2023 - 14:36
Krakov-2023: Aydanla Ülviyyə finaldan kənar qaldı

Krakov-2023 III Avropa Oyunlarında atıcılıq yarışları davam edir

Apasport.az saytının məlumatına görə, bu gün qadınlar trapda mübarizə aparır. 

Təsnifat mərhələsində Azərbaycan təmsilçiləri də çıxış edib. Ülviyyə Eyvazova və Aydan Camalova stenddə dəqiqliyini yoxlayıb.

125 mümkün xaldan 120-ni toplayan Aydan 15-ci yeri tutub. Ülviyyə isə 114 xalla 29-cu olub. Stend atıcılarımız final mərhələsinə yüksələ bilməyib.

Qeyd edək ki, final mərhələsi bu gün baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0