Səudiyyə Ərəbistanından Gezzala təklif var
06.08.2024 - 21:02
Səudiyyə Ərəbistanından Gezzala təklif var

Əlcəzairli futbolçu Rəşid Gezzal karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Əl Orabah" onun xidmətində maraqlıdır.

Gezzal bu yay "Beşiktaş"la müqavilə yeniləmədiyi üçün azad agent statusundadır.

Qeyd edək ki, 32 yaşlı təcrübəli oyunçunun hazırkı transfer qiyməti 2 milyon avro qiymətləndirilir. 

writer photo
Əlirza Əlirzalı
0