Krakov-2023: Əkbərov və Məmmədov 1/32 finalda dayandı - YENİLƏNİB
25.06.2023 - 16:52
Krakov-2023: Əkbərov və Məmmədov 1/32 finalda dayandı - YENİLƏNİB

Bu gün Krakov-2023 III Avropa Oyunlarında qılıncoynatma yarışlarına start verilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının kişi sablyaçıları da medallar uğrunda mübarizə aparıb.

Dörd idmançımızdan ikisi - Murad Əkbərov  və Saleh Məmmədov qrup mərhələsini adlayaraq 1/32 finala yüksəlib. Maqsud Hüseynli və Ayxan Xasıyev isə medal arzusu ilə erkən vidalaşıb.

1/32 final səddi sablyaçılarımız üçün keçilməz olub. Murad ispaniyalı İnaki Bravoya 9:15, Saleh isə polşalı Pyotr Şepanikə 5:15 hesabı ilə uduzub.

Qeyd edək ki, bu gün baş tutan qadın rapiraçıların yarışında Azərbaycan təmsil olunmayıb.

writer photo
Əlirza Əlirzalı
0