Taekvondo üzrə Azərbaycan yığması Krakov-2023 III Avropa Oyunlarında çıxışını davam etdirir.
Apasport.az saytının məlumatına görə, bu gün komandamızın daha iki üzvü dayanq üzərinə çıxıb.
Eltac Qafarov və Fəridə Əzizova medallar uğrunda mübarizə aparıb. Təmsilçilərimiz günü medalsız başa vurub.
Qeyd edək ki, taekvondo yarışlarının ilk iki günündə yığmamız 2 medal qazanıb. Səyyad Dadaşov (54 kq) gümüş, Qasım Maqomedov (58 kq) bürünc medal əldə edib.
Kişilər
74 kq
Eltac Qafarovun 1/8 finaldakı rəqibi Lukaş Çudnoç (Polşa) yarışa qatılmayıb. Bu, Eltacı 1/4 finala daşıyıb. O, yarımfinalın bir addımlığında serbiyalı Stefan Takovla üz-üzə gəlib. 0:2 (2:8, 2:15) hesabı ilə uduzan Eltac qızıl medal şansını itirib. Balkanlının yarımfinaldakı məğlubiyyəti taekvondoçumuzu bürünc uğrunda mübarizə aparmaq imkanından məhrum edib.
Qadınlar
67 kq
Fəridə Əzizova 1/4 finala vəsiqə üçün mübarizədə Atanasia Mitsopoulou (Yunanıstan) ilə görüşüb. Fəridə bu döyüşdə uduzaraq çempionluq mübarizəni dayandırıb – 1:2 (2:1, 1:2, 0:5). Atanasia 1/4 finalda uduzduğu üçün taekvondoçumuz təsəlliverici döyüşlərə qatılmaq və medal qazanmaq şansını da itirib.
- Vladimir Voskoboynikov: “Azərbaycanın qələbəsi sürpriz olmayacaq” - MÜSAHİBƏ
- Şahin Diniyev: “0:4 hesablı məğlubiyyət “Neftçi” üçün dönüş nöqtəsi ola bilər” - MÜSAHİBƏ
- Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ
- “Apasport”un KUPONU
- "Neftçi"yə 2.3 milyonluq italyan hücumçu