Krakov-2023: Kikboksçumuz medalı təmin etdi - FOTOLENT
30.06.2023 - 12:57
Krakov-2023: Kikboksçumuz medalı təmin etdi - FOTOLENT

Krakov-2023 III Avropa Oyunlarında kikboksinq yarışları start götürüb.

Apasport.az saytının məlumatına görə, bu gün 1/4 final görüşləri keçirilir.

Azərbaycan təmsilçisi Fərid Ağamoğlanov (63,5 kq) bu mərhələdə Filip Barak (Slovakiya) ilə görüşüb. 3:0 hesabı ilə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb. 

O, bununla da medallardan birini təmin edib. Fərid finala vəsiqə uğrunda döyüşə sabah çıxacaq.

Qeyd edək ki, digər kikboksçumuz Elşad Şahbazov (86 kq) bu raundda Artyom Melniklə (Ukrayna) qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0