“Barselona” rəqibinin 18 yaşlı futbolçusunu istəyir
19.09.2023 - 17:37
“Barselona” rəqibinin 18 yaşlı futbolçusunu istəyir

“Barselona” Çempionlar Liqasındakı rəqibinin futbolçusuna göz qoyub.

Apasport.az saytı xəbər verir ki, Kataloniya klubu “Antverpen”in yarımmüdafiəçisi Artur Vermeerenə elçi düşüb.

İspanlar bu gün keçiriləcək “Barselona” – “Antverpen” matçında 18 yaşlı futbolçunun oyununu yaxından izləyəcəklər. Onlar Belçika millisinin üzvünü Serxio Busquetsin əvəzləyicisi kimi görürlər. La Liqa təmsilçisinin nümayəndələri futbolçunun transferi ilə bağlı onun agenti ilə əlaqə saxlamaq niyyətindədirlər.

Qeyd edək ki, “Antverpen” futbolçusuna 20 milyon avro qiymət qoyub. Bu mövsüm 9 oyunda iştirak edən Vermeeren 2 məhsuldar ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0