Krakov-2023: Lunyovdan 6-cı yer
29.06.2023 - 13:48
Krakov-2023: Lunyovdan 6-cı yer

Krakov-2023 III Avropa Oyunlarında atıcılıq yarışları davam edir

Apasport.az saytının məlumatına görə, bu gün tapança ilə 25 m məsafədən atəş açan kişi snayperlərin mübarizəsi start götürüb.

Təsnifat mərhələsinin ilk günündə Azərbaycan təmsilçisi Ruslan Lunyov da çıxış edib. O, 300 mümkün xaldan 292-ni toplayıb. İdmançımız ilk günü 6-cı yerdə başa vurub.

Qeyd edək ki, təsnifat mərhələsinə sabah yekun vurulacaq.
 

writer photo
Əlirza Əlirzalı
0