“Lerik” II təsnifat mərhələsində: “Sumqayıt”a rəqib oldu
18.11.2023 - 14:52
“Lerik” II təsnifat mərhələsində: “Sumqayıt”a rəqib oldu

Azərbaycan kubokunda I təsnifat mərhələsinin ilk oyunu başa çatıb.

Apasport.az xəbər verir ki, “Füzuli” “Lerik”i qəbul edib.

II Liqa klublarının dueli “ASK Arena”da baş tutub. Matçın taleyi ikinci 45 dəqiqədə həll olunub.

Rəvan Quluzadənin qolu qonaqlara qələbə qazandırıb. “Lerik” ikinci təsnifat mərhələsində “Sumqayıt”a rəqib olub.

Bu raundun görüşləri noyabrın 28-30-da keçiriləcək. Cənublular həmin qarşılaşmanın ev sahibi olacaqlar.

Azərbaycan kuboku
I təsnifat mərhələsi
18 noyabr
13:00. “Füzuli” – “Lerik” – 0:1

Qol: Rəvan Quluzadə, 58
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“ASK Arena” 

writer photo
Əlirza Əlirzalı
0