İtaliyalı futbolçular Sandro Tonali və Nikola Zaniolo qeyri-leqal pul qoyuluşunda şübhəli bilinirlər.
Apasport.az saytı xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrio Korona məlumat verib.
Yayılan xəbərlərə görə, Korona şahid qismində polis məntəqəsinə dəvət olunub. Zaniolonun İtaliya kuboku matçında ehtiyat oyunçular skamyasından pul qoyuluşu etdiyi bildirilir. Az əvvəl “Yuventus”un yarımmüdafiəçisi Nikola Facolinin də oyunlara mərc etdiyi informasiyası yayılmışdı.
Qeyd edək ki, Tonali hazırda “Nyukasl”da, “Qalatasaray”a məxsus Zaniolo isə icarə əsasında “Aston Villa”da çıxş edir.
Tonali və Zanioloya qanunsuz mərc ittihamı
12.10.2023 - 22:19
0
0