“Bodrumspor” tarixində ilk dəfə Superliqaya yüksəldi
31.05.2024 - 01:15
“Bodrumspor” tarixində ilk dəfə Superliqaya yüksəldi

Gələn mövsüm Türkiyə Superliqasında çıxış edəcək sonuncu klub bəlli olub. 

Apasport.az xəbər verir ki, “Bodrumspor Superliqaya vəsiqə uğrunda keçirilən pley-off mərhələsinin final matçında “Sakaryaspor”u 3:1 hesabı ilə üstələyərək tarixində ilk dəfə elitaya vəsiqə qazanıb. 

“Sakaryaspor” - “Bodrumspor” - 1:3 (Əlavə vaxtda)
Qollar
: Gökdeniz Bayraktar, 19 (0:1), Zdravko Dimitrov, 72 (1:1), Ondrej Celustka, 94 (1:2), Tunahan Akpınar, 103 (1:3)

writer photo
Əlirza Əlirzalı
0