“Lester” Meddisona qiymət qoydu
04.08.2022 - 00:41
“Lester” Meddisona qiymət qoydu

“Lester” futbolçusu Ceyms Meddisonu satacağı qiyməti müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, “tülkülər” yarımmüdafiəçi üçün 60 milyon funt sterlinq istəyir.

Klub rəhbərliyi “Nyukasl”ın ikinci təklifini də rədd edib. “Sağsağanlar” 25 yaşlı futbolçu üçün 40 milyon funt ödəməyə hazır idi.

Qeyd edək ki, Meddisonun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. 
 

writer photo
Əlirza Əlirzalı
0