"Çelsi" futbolçusunu 48 milyon avroya sata bilər
16.04.2024 - 11:22
London təmsilçisi "Çelsi"nin yarımmüdafiəçisi Konor Qallaqer komandadan ayrıla bilər.
Apasport.az HITC nəşrinə istanadla xəbər verir ki, rəhbərlik ona yeni müqaviləsi təklif etməsə, o, cari mövsümün sonunda klubdan ayrılmaq məcburiyyətində qalacaq.
Konor "Çelsi" akademiyasının yetirməsidir. Tərəflər arasında mövcud müqavilə gələn ilin yayında başa çatacaq. 24 yaşlı futbolçunun transfer dəyəri 48 milyon avro olaraq qiymətləndirilir. Bu mövsüm futbolçu "pensiyaçılar"ın heyətində 42 matçda iştirak edib, 5 qol vurub, 8 məhsuldar ötürmə edib.
0
0