İsveç yığmasının baş məşqçisi Yanne Andersson AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisiylə səfər matçına yollanacaq azarkeşlər haqda danışıb. Sport24.az xəbər verir ki, 61 yaşlı isveçli mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada dəstəksiz qalmayacaqlarını söyləyib: “Təşəkkür etmək istədiyim o qədər insan var ki.. Bizi dəstəkləyənlər böyük ürəkli insanlardı. Onların bu addımları bizim üçün çox şey deməkdi. Bizi izləmək üçün Bakıya gedənlər qəhrəman sayılacaq”.
Bu yerdə bildirək ki, oktyabrın 16-da keçirilən Belçika - İsveç matçı zamanı paytaxt Brüsselin mərkəzində atışma nəticəsində iki nəfər öldürüldüyündən, komandalar ikinci hissədə meydana çıxmamışdılar. Həmin vaxt hesab 1:1 olub. UEFA ikinci hissənin oynanılmamasına, 1:1-in yekun hesab kimi qəbul edilməsinə qərar verib.
Xatırladaqki ki, Azərbaycan – İsveç oyunu noyabrın 16-da saat 21:00-da keçiriləcək.