Qurban Qurbanov:  “Bu oyun bizi aldatmalı deyil” - MÜSAHİBƏ
21.09.2023 - 23:23
Qurban Qurbanov:  “Bu oyun bizi aldatmalı deyil” - MÜSAHİBƏ


“İlk olaraq öz xalqımızı təbrik etmək istəyirəm. Bu qalibiyyəti də, dünənki çox böyük qalibiyyətimizlə”.

Apasport.az saytı xəbər verir ki, bunu Bakıda “Molde”ni (1:0) məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsinə qələbə start verdikləri üçün məmnunluq hissini gizlətməyib: “30 ildən çox belə gərginliyə baxmayaraq, son illər 44 günlük müharibədədə zəfər olmuşdu. Bu gün bir də zəfərimizi hiss etdik. Daha rahat, yuvasına köçmüş xalqımız var. Azərbaycan xalqını təbrik edirəm. Orudumuza təşəkkür edirəm. cənab prezidenti təbrik edirəm. Neçə il güc tətbiq etdiki, öz və xalqın istəyinə nail oldu. Böyük zəfər oldu. Bu gün qalib gəlməyi çox idik. Dünən oyundan narahat idim. Çünki çox istəkliydilər. Futbolçularıma təşəkkür edirəm, bu cür oyun intizamına görə. Vacib qələbə qazandıq. Yaxşı maraqlı oyun oldu. Sona kimi temp düşmədi. Bizim möhtəşəm azarkeşlərimiz üçün belə oldu. Bizdən qələbə gözləyirdilər. Buradan qələbə sevinci ilə getməsi ruh verdi komandamıza. Qarşıdakı oyunlara hazırlaşacağıq".

- Rəqibin baş məşqçisi durumu bildiyini söylədi və xalq olaraq bizə uğurlar arzuladı. "Qarabağ" məcbur edib ki, Qarabağ Azərbaycanındır...
- Son vaxtlar belə fikirlər bizə çox bildirilib. Həmişə səfər görüşlərində rəhbərliklər görüşürü, bizə fikirlər bizə bildirdilər. Azərbaycanlı olaraq bu gün bunu eşitmək sevindiricidir. Onun fikirlərinə görə çox sevindim.

- "Molde" "Qarabağ"la qrupa düşəndə, fərqli fikirdə olanlar var idi. "Qalatasaray"a qarşı oynamışdılar. Bu gün "Qarabağ" çox güclü göründü. Onları daha yaxşı analiz etmişdiz?
- Bu oyun bizi aldatmalı deyil. Avropada dəfələrlə olub ki, böyük hesabla qalib gəlib, sonra uduzub. Rəqibi analiz etmişdik, vacib olan icraçılar idi. Elə olub ki, rəqibin oyunun futbolçular tam çatdırmışıq, bəzən icra edənlər bəzi məqamlarda yerinə yetirə bilməyiblər. Çox yüksək intizamlı oyun oynadıq. Bir daha əminəm ki, ölkəmizin dünənki zəfərinin futbolçulara faydası, köməyi oldu. Daha sərbəst və sevincli idilər. Hətta bu gün oyundan əvvəlki toplantıda, legionerlərə dedim ki, onsuzda narahat deyil idiz indiyə qədər, bu gün tam əminliklə rahat ölkədəsiz, müharibə olmayacaq ölkədəsiz. Bu da legionerlərə əlavə motivasiya verdi. Bizim legionerlərin hər biri "Qarabağ"ın bütün tarixi ilə maraqlanırlar. Daha intizamlı olduq. Beklə oyun alındı. Ancaq cavab matçında rəqib bəlkə də böyük sürprizlər edə bilər. Bu oyun bizi qəti aldatmalı deyil.

- Bugünkü qələbəni dünən siyasi müstəvidə qazanılan qələbənin davamı hesab etmək olar? Sırf "Qarabağ"ın adına görə...
- O zəfər elə zəfərdir ki, bizim etdiklərimiz onların yanında cüzi uğurdur. Hətta bizim nə qədər şəhidlərimiz, yaralılarımız var. Amma biz məsuliyyəti dərk edərək, addım atırıq. Amma heç vaxt əldə etdikləri uğurları böyütmək istəməmişəm. Buna görə də, onun davamıdır deməyə utanaram. Elə zəfərdir ki, sonradan heç nə əvəz edə bilməz. Sanki o qalibiyyət bizə böyük motivasiya verdi. İnanın ki, çox sevincli idim dünən və çox da narahat idim. Futbolçulara bildirmirdim. Göz önümə məğlubiyyəti gətirirdim. İnanın ki, o zəfərdən sonra buradakı məğlubiyyətlər...Bu sadəcə idmandır. Amma yenə də, ad bizim üzərimizdədirsə, biz qarşıdakı matçlarda da uğurlar əldə etmək üçün maksimum çalışacağıq.

- Redon Cica bu gün niyə yox idi?
- Son məşqdə zədələndi. Ayağında problem oldu. Hətta bu gün heyətdə yox idi. Ona sanki bu gün ehtiyac duyulurdu. Çünki sürətli artırmaq tələb olunurdu. Planımızda var idi, amma alınmadı.

- Maksimin oyunundan razı qaldız?
- Təcrübəsindən istifadə etdi. Normal oynadı.

- Tahir Gözəl dedi ki, hesab ən azı 3:0 olmalı idi. Siz necə düşünürsünüz?
Qol epizodlarımız çox oldu. Məndə bununla bağlı fikir yoxdur ki, 3:0 və ya 4:0 olmalı idi. Doğrudur, hər vurulmuş və buraxılmış qolun sonda təsiri ola bilər. Amma vacib, düşüncəmiz neçə qol vurmaq yox, qələbəyə köklənmişdik. 

- Marko Veşoviçi nə vaxt görəcəyik?
- O, hələ komandaya qoşulmayıb. Fərdi qaydada məşq edir. Bəlkə də, 20 gün və ya bir aya qayıdar.

- Karyeranız ərzinizdə bitirici zərbələrlə diqqət çəkmisiniz. Bu günkü epizodlardan neçəsini vurardınız?
- Mən heç gedib ora çıxa bilməzdim. Təsəvvür edin ki, bu qədər ajiotaj var idi, qələbə gözlənilirdi. Bəzi oyunlar var ki, kənardan fərqli görürük, düşünürük, futbolçuların məsuliyyətini hiss edə bilmirik. Bəzən həyəcan, bəzən çox istək sənə mane olur. Qarşıda imkanımız var ki, ustalıq səviyyəsini daha da yaxşılaşdıraq.

- Son iki mövsümdə "Qarabağ" avrokuboklarda qrupda ilk dövrəni yaxşı bitirir. Amma ikinci dövrədə nəticələrə yaxşı alınmır. Bu qrupdakı qrafik sizə uyğun gəlir? Tarixdə ilk yaşana bilər ki, qrupdan çıxasız?
- Hələ heç nə deyə bilməyəcəm. Biz həmişə ehtiyatlı danışmalıyıq. Futbolda o qədər gözlənilməyən nəticələr olub ki, ağıla gəlməzdi. Bu gün bəlkə oyun bərabərliklə bitərdi. Rəqib autdan topu cərimə meydançasına atırdı. Rəqibin elə silahları olur ki, səhv edə bilərsən. Komandanın oyunu mənim üçün daha vacibdir. Komandada böyük dəyişikliklər oldu. Amma o oyunu, istəyi qoruyub-saxlamaq mənim üçün çox vacibdir. Elə hallar olur ki, komandadan heç nə gözləmirsən, nəticə verir. Bunu təcrübədən görmüşük. "Çelsi" ÇL-i udanda, ən zəif vaxtları idi. Heç kim gözləmirdi. "Molde" üzərindəki qələbə ilə arxayın olmalı deyilik. Hər oyun çox gərgin alınır. Proqrama uyğun hər matça hazırlaşacağıq.

- "Molde"nin baş məşqçisi bildirdi ki, ev matçlarından çox şey asılı olacaq. Siz nə düşünürsüz?
- Futbol elə səviyyədədir ki, evdə üstünlük var. Amma son vaxtlar bu tendensiya aradan qalxıb. Elə komandalar var ki, səfərdə daha etibarlı, daha sərbəst oynayırlar. Hər oyunda istənilən komanda nəticə verə bilər. Ola bilər, səfərdə daha çox xal götürək, nəinki Bakıda. Mən bir az fərqli yanaşıram.

-Marko Yankoviçlə nə danışdınız?
- Bir az hirslənmişdi, sakitləşdirdim.

- Nəyə görə?
- Öz-özünə hirslənmişdi. Aqressivdir. Özü də bilmədi ki, nəyə əsəbiləşmişdi.
 

writer photo
Əlirza Əlirzalı
0