83,5 milyon dollarlıq maaş limiti
04.06.2023 - 16:32
83,5 milyon dollarlıq maaş limiti

NHL-də 2023/24 mövsümü üçün maaş həddi müəyyənləşib.

Apasport.az-ın məlumatına görə, klublara 83,5 milyon dollarlıq limit qoyulub.

Bu barədə NHL-in komissarı Qeri Bettmen keçirilən mətbuat konfransında məlumat verib. 2020-ci ildə pandemiya üzündən dörd mövsüm üçün illik 1 milyon artım hədd müəyyənləşdirilmişdi. Qurum rəhbərliyi gələcəkdə bu sərt qərarı qüvvədə saxlamaq niyyətindədir. 

Qeyd edək ki, cari mövsümdə klublar maksimum 82,5 milyon dollar məvacib ödəmək hüququna malik idilər.
 

writer photo
Əlirza Əlirzalı
0