“Liverpul”un Mbappe arzusu
01.01.2024 - 22:10
“Liverpul”un <span class="red_color" >Mbappe arzusu

"Liverpul" heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, mersisaydlılar Kilian Mbappeni heyətinə qatmaq istəyir.

Klub iki səbəbdən PSJ-nin forvardı ilə müqavilə bağlamaq arzusundadır. İlk öncə 25 yaşlı futbolçunun müqaviləsi 2024-cü ildə başa çatacaq. İkincisi o, Məhəmməd Salahın əvəzedicisi kimi görünür. Bu səbəbdən "Liverpul" ona fəal maraq göstərir.

Qeyd edək ki, klubun Salah ilə sözləşməsi 2025-ci ildə başa çatır.

 

 

writer photo
Əlirza Əlirzalı
0