Lotomba Türkiyəyə gələ bilər
20.08.2024 - 20:03
Lotomba Türkiyəyə gələ bilər

Türkiyənin "Beşiktaş" klubu transfer çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, "ağ-qaralar" sağ cinah müdafiəçisi axtarışındadır.

Klubun gündəmində "Nitsa" formasını geyinən Cordan Lotomba var. Futbolçu özü də Fransa təmsilçisindən ayrılmağa isti yanaşır.

Lotombaya daha əvvəl "Auqsburq" və "Hoffenhaym" da təklif göndərsə də, uğurlu nəticə əldə olunmayıb.

Qeyd edək ki, 25 yaşlı müdafiəçi 4 mövsümdür "Nitsa" forması geyinir. Onun transfer qiyməti 8 milyon avro dəyərində qiymətləndirilir. 

writer photo
Əlirza Əlirzalı
0