Mateus: "Messi minilliyin futbolçusudur"
18.12.2022 - 15:26
Almaniya yığmasının sabiq kapitanı Lotar Mateus argentinalı hücumçu Lionel Messini minilliyin oyunçusu elan edib.
Apasport.az xəbər verir ki, Almaniya millisinin sabiq futbolçusu bu barədə deyib:
"Mənim üçün Messi minilliyin futbolçusudur. Çünki o, son 17-18 il ərzində öz oyunu ilə mənə və digər futbol azarkeşlərinə zövq verir".
Qeyd edək ki, 2022-ci il dünya çempionatının Argentina – Fransa finalı bu gün keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
0
0