Ronald Kuman: "Finala Niderlandla Türkiyə layiq idi"
12.07.2024 - 16:30
Ronald Kuman: "Finala Niderlandla Türkiyə layiq idi"

Niderland millisinin baş məşqçisi Ronald Kuman İngiltərəylə yarımfinal qarşılaşmasından sonra maraqlı açıqlamalarla diqqət çəkib.

Apasport.az xəbər verir ki, Kuman komandasının yaxşı oyun nümayiş etdirdiyini deyib.

Mütəxəssis Türkiyə millisi haqqında da danışıb:

“Türkiyə turnirin ən istəkli oynayan komandası idi. Bütün oyunçular əllərindən gələni etdi. Oyunun ikinci hissəsində vacib müdaxilələri etməsək, bizi də kənarlaşdıra bilərdilər. Çox həyəcanlı oyun oldu, xüsusilə, son dəqiqələrdə bizi çox qorxutdular. Mən Niderlandla Türkiyənin finalda qarşılaşmasını istəyərdim, çünki finala bu iki komanda layiq idi”.

Qeyd edək ki, Niderland Türkiyəni 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlmişdi.
 

writer photo
Əlirza Əlirzalı
0