Vaqif Sadıqov: "Diniyev Məşqçilər Komitəsini tərk edib"
28.12.2022 - 20:41
Vaqif Sadıqov: "Diniyev Məşqçilər Komitəsini tərk edib"

"Şahin Diniyev "Səbail"də işləyirsə, Məşqçilər Komitəsini tərk edib".

Bunu apasport.az-a AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

O bildirib ki, Şahin Diniyevin "Səbail"də çalışması onun Məşqçilər Komitəsində qalmasına imkan vermir: "Mən də yenicə öyrəndim ki, Şahin Diniyev "Səbail" klubu ilə müqavilə bağlayıb. Qanunla Şahin Diniyev "Səbail"lə rəsmi müqavilə bağlayıbsa, Məşqçilər Komitəsini tərk etməlidir. Ona görə də artıq o, Məşqçilər Komitəsinin üzvü sayılmır".

Səbuhi Musa 

writer photo
Əlirza Əlirzalı
0