“Azərreyl”in İspaniya sınağı
14.11.2023 - 14:52
“Azərreyl”in İspaniya sınağı

Çelenc kubokunda mübarizə aparan “Azərreyl” növbəti oyununu keçirəcək.  

Apasport.az xəbər verir ki, qadın voleybolçulardan ibarət komandamız sabah 1/16 final mərhələsinin cavab matçına çıxacaq. 

Təmsilçimiz İspaniyada “Avarka de Menorka” klubunun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da “Pavello Municipal de Ciutadella” arenada baş tutacaq. Komandamız bu turu keçəcəyi təqdirdə növbəti mərhələdə Fransanın “Neptunes Nantes” və Çexiyanın “PVK Olymp Praha” klubları arasında duelin qalibi ilə qarşılaşacaq. Bu cütün ilk oyununda Fransa təmsilçisi quru hesabla qələbə qazanıb.

Qeyd edək ki, cütün Bakıda keçirilmiş ilk qarşılaşmasında “Azərreyl” 3:1 hesabı ilə qalib gəlib.
 

writer photo
Əlirza Əlirzalı
0