“Qalatasaray”ın futbolçuları “Liverpul”un hədəfində
08.10.2022 - 12:20
“Qalatasaray”ın futbolçuları “Liverpul”un hədəfində

“Liverpul” “Qalatasaray”ın 4 futbolçusu ilə maraqlanır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun nümayəndələri Türkiyəyə səfər də edib.

Onlar “Konyaspor”la görüşü izləyib. Premyer Liqa təmsilçisi müdafiəçilər Saşa Boy, Viktor Nelsson, hücumçular Kərəm Aktürkoğlu və Yunus Akgünün xidmətində maraqlıdır.

Qeyd edək ki, İstanbul klubu skautların izlədiyi matçda 2:1 hesablı qələbə qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0