Messi Niderland – Argentina oyununun hakiminə niyə zəng edib?
04.10.2023 - 20:53
Messi Niderland – Argentina oyununun hakiminə niyə zəng edib?

Karyerasını bitirən ispaniyalı hakim Mateu Laos DÇ-2022-də keçirilən Niderland – Argentina oyunu barədə danışıb.

Apasport.az saytı xəbər verir ki, o, həmin qarşılaşmada Lionel Messinin hərəkətlərini qəbuledilməz adlandırıb.

Laos oyun zamanı argentinalı futbolçu ilə arasında baş verənlərdən sonra Messinin ona zəng vurduğunu bildirib: “Leo Messi Niderlandla oyundan sonra mənə zəng vurub, kobudluğa görə üzr istədi. Həmin matçda tamamilə fərqli Messi gördüm. O, dünya çempionatında özünü çox pis aparırdı. Messinin 50-dən çox oyununu idarə etmişəm. Niderlandla qarşılaşmada qol sevinci rəqibə qarşı təhrik idi”.

Qeyd edək ki, oyundan sonra Messi ilə niderlandlı hücumçu Vout Veqhorst arasında qalmaqal yaşanmışdı. ¼ finala təsadüf edən görüşün əsas və əlavə vaxtı 2:2 başa çatmış, penalti zərbələri zamanı daha dəqiq olan Argentina yarımfinala yüksəlmişdi.
 

writer photo
Əlirza Əlirzalı
0