“Mançester Yunayted” forması geyinən niderlandlıların simvolik “11-liy”i
17.07.2022 - 10:04
“Mançester Yunayted” forması geyinən niderlandlıların simvolik “11-liy”i

Baş məşqçi postuna niderlandlı Erik ten Haqı gətirən “Mançester Yunayted” həmin ölkədən olan bir neçə futbolçunun da transferində maraqlıdır.

Apasport.az saytının məlumatına görə, “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq artıq “qırmızı şeytanlar”la müqavilə imzalamağa yaxındır.

Niderlandlıların yenidən “Mançester Yunayted”də toplaşması klubun tarixinə düşən bu ölkə nümayəndələrini gündəmə gətirib.

Premyer Liqa təmsilçisində indiyə qədər çıxış edən ən yaxşı niderlandlı oyunçulardan ibarət simvolik komanda hazırlanıb:

Qapıçı: Edvin van der Sar
Mərkəz müdafiəçiləri: Yap Stam, Deyli Blind
Sol cinah müdafiəçisi: Tirell Malasia
Sağ cinah müdafiəçisi: Timoti Fosu-Mensa
Orta sahə: Donni van de Beek, Arnold Mühren, Yordi Kroyff
Sol cinah hücumçusu: Robin van Persi
Sağ cinah hücumçusu: Memfis Depay
Mərkəz hücumçusu: Rud van Nistelrooy
 

writer photo
Əlirza Əlirzalı
0