Lukaku yenidən İtaliyada
23.08.2024 - 23:43
Lukaku yenidən İtaliyada

İtaliyanın "Napoli" klubu Premyer Liqa təmsilçisi "Çelsi"dən Romelu Lukaku transferini tamamlayıb.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

İngilislər bu transfer üçün 45 milyonluq paket alacaq. 

Belçikalı hücumçu ilə 3 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, Lukakunun transfer hüququ 2021-ci ildən bəri "zadəganlara" məxsusdur. 

writer photo
Əlirza Əlirzalı
0