Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya Premyer Liqasına qayıtması ilə bağlı sualları cavablandırıb.
Apasport.az xəbər verir ki, 32 yaşlı qolkiper bu haqda Rusiyanın “Matç” telekanalına müsahibəsində danışıb:
“Müqavilənin müddətinə, bəzi şərtlərə, nüanslara baxmalıyıq. Mənim müəyyən kriteriyalarım var. Müsbət və mənfi cəhətləri analiz etməliyəm”.
Ötən ilin avqustundan rus qapıçı "Qarabağ"da çıxış edir. Cari mövsüm 25 oyun keçirib, 32 qol buraxıb. O, 8 matçda qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, 2021-ci ildə Lunyov “Bayer Leverkuzen” forması geyinsə də, əsas heyətdə özünə yer tapa bilməyib.